AZ

Ruslar Dubaydan ən çox bu maşınları alırlar

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

2025-ci ildə BƏƏ-dən Rusiyaya 10 500 ədəd avtomobil idxal edilib ki, bunun da 80 faizi işlənmiş maşınlar təşkil edib.

Avtosfer.az xəbər verir ki, idxalda liderlik “Toyota Land Cruiser Prado” və “Toyota Harrier” modellərinə aiddir. 

Ötən il Rusiyaya BƏƏ-dən gətirilıən 8300 avtomobilin yaşı 3-dən az olub. Bu maşınların 33 faizi RAM, 21 faizi “Toyota”, 17 faizi isə “Mitsubishi” markasına aid olub.

Yaşı 3-dən çox olan avtomobillərdə isə “Toyota” 51 faizlik payla şəriksiz liderdir. İlk beşlikdə yer alan modellər hamısı Gündoğar ölkənin istehsalıdır. “Lexus”un idxal payı 4 faiz olub.

Rusların BƏƏ-dən alıb gətirdikləri maşınlar arasında ilk yerləri 1052 ədədlə “Toyota Land Cruiser Prado” və 1007  ədədlə “Toyota Harrier” modelləri tutur. Növbəti yerlərdə “Nissan Note” və “Mitsubishi Outlander” qərarlaşır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr