"Qatar Energy" bu gün fövqəladə hallar və fors-major vəziyyətinin baş verməsi səbəbindən təbii qaz və əlaqəli məhsulların istehsalının dayandırıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama yayıb.
"Biz alıcılarımıza fors-major vəziyyət barədə məlumat verdik və qaz və əlaqəli məhsulların istehsalını dayandırdıq", - deyə açıqlamada qeyd olunub.
Bu qərar şirkətin iki əsas obyektinə dron hücumlarından sonra elanedilib.
Ağarza Elçinoğlu