AZ

Böyükağa Hüseynov Azərbaycan Şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsi kimi elmi sessiya

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Böyükağa Hüseynov Azərbaycan Şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsi kimi” mövzusunda elmi sessiyaya keçirilib. Tədbir AMEA-nın müxbir üzvü, professor Böyükağa Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək, Azərbaycan Şərqşünaslıq məktəbinin formalaşması və inkişafında Böyükağa Hüseynovun xidmətlərini vurğulayıb.

G.Baxşəliyeva alimin İran filologiyası sahəsində sistemli araşdırmaları ilə bu istiqamətdə yeni tədqiqat ənənəsinin əsasını qoyduğunu deyib. Alimin elmi maraqlarının əsasən XX əsr İran ədəbiyyatının ideya-estetik xüsusiyyətlərini, poeziyada ənənə ilə yenilik münasibətlərini və dövrün ictimai düşüncə axınlarını əhatə etdiyini deyən akademik, bu mövzulara həsr olunmuş dissertasiyaların və sonrakı illərdə nəşr etdirdiyi monoqrafiyaların tədqiqatçılar üçün dəyərli mənbə sayıldığını qeyd edib.

Elmi seminarda Böyükağa Hüseynovun Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin qurucusu kimi fəaliyyəti, alimin Şərq fəlsəfəsi və ədəbiyyatı irsinin qorunması və təbliğində rolu, onun həyat yolu və bədii irsi, şərqşünaslıq elminin inkişafında və şərqşünas kadrların yetişməsində rolu mövzularında məruzələr dinlənilib.

Tədbirdə Böyükağa Hüseynova həsr olunmuş film nümayiş olunub.

Sonda alimin ailəsi adından çıxış edən oğlu Əsgər Hüseynov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azertag.az

1Mənbələr