"Flamenqo"nun yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə ge.globo məlumat yayıb.
Braziliya təmsilçisi əsas komandanı Leonardo Jardimə həvalə edib. Mütəxəssis ötən gecə müqavilə imzalamaq üçün Rio-de-Janyeroya yollanıb.
Bildirilib ki, tərəflər arasında müqavilə 2027-ci ilin yayına qədər olacaq. L.Jardim bu vəzifədə Felipe Luisi əvəz edəcək.
Qeyd edək ki, L.Jardimin son iş yeri "Kruzeyro" olub.