AZ

ABŞ İordaniyadakı səfirliyinin fəaliyyətini dayandırdı

Birləşmiş Ştatların İordaniyada yerləşən diplomatik nümayəndəliyi öz işini dayandırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə müvafiq məlumatı qurum sosial şəbəkə hesabında paylaşıb.

Hazırda ölkə ərazisində olan ABŞ vətəndaşlarına sığınacaq yerlərində qalmaları və çölə çıxmamaları tövsiyə edilir.

Yayılan rəsmi açıqlamada qeyd olunur ki, səfirlik diplomatik missiyanın bütün əməkdaşlarına olduqları ərazini tərk etməməyi tapşırıb.

ABŞ Vətəndaşlarına Xidmət bölməsində nəzərdə tutulan bütün görüşlər ləğv olunub.

Diplomatik nümayəndəlik, eyni zamanda, vətəndaşları təhlükəsiz yerlərdə məskunlaşmağa, eləcə də su, ərzaq və dərman ehtiyatları yığmağa çağırıb. Bununla yanaşı, diplomatik missiya ölkəni tərk etmək istəyənlər üçün mövcud sərhəd keçid məntəqələrinin siyahısını təqdim edib.

Seçilən
19
moderator.az

1Mənbələr