AZ

Zəngin təbii resurs, düşünülmüş enerji strategiyası VİDEO

Bakı, 4 mart, AZƏRTAC

“Azərbaycan qazı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.

Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları zamanı səsləndirdiyi bu fikir Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Qeyd etmək lazımdır ki, hazırda Almaniya və Avstriya da daxil olmaqla, Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir. Reallıq ondan ibarətdir ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Bu gün 16 ölkə Azərbaycan qazının alıcısıdır.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Seçilən
14
2
azertag.az

3Mənbələr