AZ

“Rabobank”: Yaxın Şərqdəki müharibə Niderland sakinlərinin rifahına zərbə vurur

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

“Rabobank” iqtisadçıları xəbərdarlıq edirlər ki, Yaxın Şərqdəki müharibə Niderland sakinlərinin rifahına mənfi təsir göstərir. Ən pis ssenaridə benzinin bir litrinin qiyməti təxminən 3 avroya qədər yüksələcək, ev təsərrüfatları ilə yeni enerji müqaviləsi isə ayda 400 avrodan çox başa gələcək.

AZƏRTAC xəbər verir ki, “Rabobank” iqtisadçıları Niderland iqtisadiyyatına mənfi təsiri qiymətləndirmək üçün müxtəlif ssenariləri təhlil ediblər. “RaboResearch” ekspertlərinin fikrincə, ən pis ssenari Qətər və Səudiyyə Ərəbistanında vacib enerji infrastrukturunun məhv edilməsidir”, - deyə “Nu.nl” qəzeti yazır.

Bu, qlobal neft və qaz hasilatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Bu ssenaridə benzinin bir litrinin qiyməti təxminən 3 avroya qədər artacaq, yeni enerji müqaviləsi isə müvəqqəti olaraq ayda 400 avronu keçə bilər. Bu, inflyasiyanın 4 faizdən yuxarı qalxmasına və iqtisadi artımın 0,6 faiz bəndi azalmasına səbəb olacaq. İqtisadiyyatın bərpası 2028-ci ildən tez başlamayacaq.

Daha az ekstremal ssenarilər də nəzərdən keçirilib. Məsələn, təchizatda fasilələr davam edərsə, enerji qiymətləri 2026-cı ilin sonuna qədər yüksək səviyyədə qalacaq. Belə olan halda, benzinin qiyməti uzun müddət üçün təxminən 2,25 avro səviyyəsində qalacaq, yeni enerji müqavilələri yazda ayda 240 ilə 250 avro arasında dəyişməyə davam edəcək.

Hörmüz boğazının tamamilə bağlı qalması da mümkündür. Bu, benzin qiymətlərini təxminən 2,50 avroya qaldıracaq, yeni enerji müqaviləsi ayda 300 avroya başa gələ bilər. Vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir və bu, müharibənin səbəb olduğu dağıntıların dəqiq miqyasından asılıdır.

Benilüks ölkələrində risk üzrə direktor Yohan Geeromsun sözlərinə görə, İrandakı münaqişə uzanarsa, bu, 2022-ci ildə yaşanan inflyasiya şokuna bənzər bir təlatümə səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azertag.az

2Mənbələr