AZ

Media nümayəndələri 2026 cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qazax, 4 mart, AZƏRTAC

“Qazax İdman Paytaxtı – 2026” çərçivəsində media nümayəndələri üçün Qazax rayonuna media tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə keçirilən tur zamanı jurnalistlər rayonun tarixi, mədəni və idman infrastrukturu ilə yaxından tanış olublar.

Media tur iştirakçıları əvvəlcə Yuxarı Salahlı kəndində görkəmli şair Səməd Vurğunun Poeziya Evini, eləcə də şair və dövlət xadimi Molla Pənah Vaqifin abidəsini ziyarət ediblər.

Ardınca Qazax Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini ehtiramla anıblar.

Daha sonra nümayəndələr ADA Universitetinin Qazax Mərkəzində olub, mərkəzin fəaliyyəti və gənclər üçün yaradılan təhsil imkanları barədə məlumat alıblar.

Tur çərçivəsində jurnalistlər Qazax Cümə Məscidi, Fəxri Qazaxlılar Parkı (Mütəfəkkirlər parkı), Qazax Ədəbiyyat Muzeyi və Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Bildirilib ki, bu məkanlar rayonun zəngin ədəbi-mədəni irsinin təbliğində mühüm rol oynayır.

Nümayəndələr həmçinin Qazax Olimpiya İdman Kompleksində yaradılan şəraitlə maraqlanıb, burada gənclərin idmana cəlb olunması istiqamətində görülən işlər barədə məlumatlandırılıblar.

Tur proqramına uyğun olaraq “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi ziyarət edilib, daha sonra jurnalistlər Heydər Əliyev adına park və Heydər Əliyev Mərkəzində olublar.

Sonda günün xatirə şəkilləri çəkilib.

Cavid Əliyev – müxbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
azertag.az

3Mənbələr