AZ

Türkiyənin "əli" güclənir

"Yaxın Şərqdəki gərginlik Türkiyənin Avropaya əsas qaz tədarükçüsü olması üçün yaxşı fürsət yaradır". 

“Cebheinfo.az”-ın məlumatına görə, erməni politoloq Vahe Davtyan belə deyib. 

Ekspert qeyd edib ki, gərginləşən münaqişə fonunda Moskva Ankaranı “Türk Axını” və “Mavi Axın” qaz kəmərlərini təhdid edən təhlükələr barədə məlumatlandırıb. Davtyanın sözlərinə görə, sözügedən qaz kəmərləri, mövcud münaqişə konfiqurasiyasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynaya bilər. 

“Qətərdə maye qaz istehsalının dayandırılması və Hörmüz boğazının bağlanması Avropa bazarında ciddi qaz çatışmazlığı yaradır ki, bu da qaz tariflərinin 30 faizdən çox artmasında da özünü göstərir. 

Bütün bunlar Türkiyənin Avropaya əsas təchizatçı kimi çıxış etməsi üçün yaxşı fürsət yaradır. Bunu müvafiq olaraq, 31,5 milyard kubmetr və 16 milyard kubmetr tutumlu “Türk Axını” və “Mavi Axın” qaz kəmərləri vasitəsilə təmin etmək mümkündür”,- deyə politoloq qeyd edib.

O, həmçinin xatırladıb ki, hər iki qaz kəməri Rusiya layihələridir və Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz tədarükünü təmin edir. 

Davtyan qeyd edib ki, belə bir qaz ssenarisi ilk növbədə Vaşinqtonun maraqlarına ziddir. Ona  görə də Türkiyə Qətərdən tədarükün dayandırılması qarşısında Avropa bazarını tez bir zamanda ələ keçirməyə çalışır.

Seçilən
12
cebheinfo.az

1Mənbələr