AZ

Jirinovskinin illər öncəki çıxışı yenidən gündəmə gəlib İrana hücumu belə proqnozlaşdırmışdı + VİDEO

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyalı tanınmış siyasətçi Vladimir Jirinovski əvvəlki çıxışlarının birində İran ətrafında mümkün hərbi ssenarilərlə bağlı dediyiyi fikirlər bu gün sosial mediada yenidən gündəmə gəlib.

Jirinovski İrana hücumdan əvvəl hadisələrin gələcək inkişafı ilə bağlı proqnozlarını belə ifadə edib:“Mən proqnoz verirəm, digərləri isə susur. İndi nə baş verəcəyini deyirəm. Sonra 20 ildən sonra deyəcəksiniz ki, Vladimir Voviç bunu o vaxt demişdi.Onlar əvvəlcə yeddi ərəb ölkəsini işğal etməli, Suriyanı darmadağın etməli və sonda güc zərbəsi ilə İranı məhv etməlidirlər”.

Onun sözlərinə görə, bu prosesin əsas məqsədi enerji resurslarına nəzarəti ələ keçirməkdir.

Jirinovski həmçinin bildirib ki, İrana mümkün hərbi zərbə qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər:“İrana zərbə endirilərsə, neftin qiyməti 200 dollara qədər qalxacaq. Çin iqtisadiyyatı da, Avropa İttifaqı da buna tab gətirməyəcək. Beləliklə, ABŞ həm Çini, həm də Avropanı zəiflədəcək”.

O, eyni zamanda mümkün qaçqın axınına da diqqət çəkib:“İrandan qaçqınlar yalnız şimala doğru hərəkət edə bilərlər. Bu isə zərbənin birbaşa yox, dolayı yolla Zaqafqaziyaya yönəlməsi deməkdir”.

Jirinovski çıxışında mümkün hərbi əməliyyatın vaxtı ilə bağlı da iddia səsləndirib:“Zərbə aprel-iyun aylarında endiriləcək. İrana qarşı ‘Barbarossa planı’ artıq imzalanıb”

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr