AZ

Amerika və İsrail qırıcıları Urmiyada məktəbi vurub FOTOLAR

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Saat 02:00 radələrində Amerika və İsrail qırıcı təyyarələri İranın Urmiya şəhərinin Behman küçəsi 22 ünvanında yerləşən Dərəçay məhəlləsindəki İsmət Qızlar Məktəbinə zərbə endirib.

Ölkə.Az "Tasnim"ə istinadən xəbər verir ki, raket məktəb binasını tamamilə dağıdıb.

Agentlik yazır ki, "İsmət Məktəbi regionda qızlar üçün vacib bir təhsil mərkəzi və gənc sakinlərin gələcəyinin formalaşdığı bir yer idi. Bu gün o, hərbi təcavüzün qurbanına çevrilib, günahsız uşaqların xəyallarını puç edib və onları təhsil üçün təhlükəsiz məkandan məhrum edib".

Hələlik itkilər barədə məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
olke.az

2Mənbələr