ain.az bildirir, Saglamolun portalına istinadən.
YENİ TƏDQİQATAlimlərin araşdırmalarına görə, insanın seçdiyi yeməklər onun xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər.
Oxu.Az xəbər verir ki, “Your Tango” nəşrinin yazdığına əsasən, qastronomik seçimlər bəzən insanın davranış modelini əks etdirir.
1. Acı və ədviyyəli yeməkləri sevənlərBelə insanlar adətən riskə meylli, yeniliklərə açıq və dəyişiklikdən qorxmayan olurlar. Monotonluqdan tez yorulurlar.2. Acı (acımtıl) dadı sevənlərŞəkərsiz qəhvə, tünd şokolad və zeytun kimi məhsullara üstünlük verənlərin daha sərt xarakter xüsusiyyətlərinə malik ola biləcəyi bildirilir. Tünd acı dadı sevmək bəzən empatiyanın zəifliyi və soyuqluqla əlaqələndirilə bilər.3. Duzlu yeməkləri seçənlərBelə şəxslər çevik və tez uyğunlaşan, eyni zamanda ambisiyalı və rəqabət ruhlu ola bilərlər.4. Şirniyyat sevənlərDesertlərə üstünlük verənlər adətən mehriban və yumşaq xasiyyətli sayılır. Araşdırmalar göstərir ki, şirin dad əməkdaşlıq və başqalarına yardım meylini artıra bilər.5. Turş dadı sevənlərSitrus meyvələri və turş məhsullara üstünlük verənlər özlərinə və ətrafdakılara qarşı yüksək tələblər qoyurlar. Onlar tez-tez özünütənqidə meylli və həssas olurlar.6. Pikant yeməkləri sevənlər
Mürəkkəb dad kombinasiyalarını seçənlər adətən ciddi, zövqlü və seçici xarakterə malik kimi təsvir olunur.Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr statistik əlaqələrə əsaslanır. Dad seçimləri insanın şəxsiyyətini birbaşa müəyyən etmir, lakin onun bəzi xüsusiyyətlərini əks etdirə bilər.
Saglamolun.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.