AZ

Nazir müavini: Ali məktəblərdə professor-müəllim heyətinin 64.5 faizi qadınlardır

BAKI, 4 mart. TELEQRAF

"Ali məktəblərdə professor-müəllim heyətinin 64.5 faizi qadınlardır. Amma rəhbər vəzifələrdə onların sayı 43 faizdir. Bu bizi narahat edir".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə bu gün keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, orta-ixtisas müəssisələrində isə vəziyyət daha müsbətdir: “Burada müəllim heyətinin 81.2 faizi, rəhbər heyətin isə 63.9 faizi qadınlardır. 2025-ci ilin məlumatlarına qadın tədqiqatçıların sayı 50.2 faizdir. Dünyada bu rəqəm 41 faizdir. Bizdə daha yaxşıdır. Amma bu sahədə də rəhbər vəzifələrdə göstəricilər yenə azdır.

Qanunvericilikdə cinsə görə ayrı-seçkilik anlayışının dəqiq müəyyən edilməsi və hüquqların müdafiəsi mexanizmi natamamdır. Yaxşı olar ki, müvafiq məcəllə və təhsil haqqında qanuna beynəlxalq standartlara uyğun dəyişikliklər edilsin.

Əsas hüquqi maneələr məsuliyyətlə bağlıdır. Burada müəyyən boşluqlar var. Təhsil münasibətlərində cinsə görə ayrı-seçkilik müstəqil hüquq pozuntusu kimi ayrıca nəzərdə tutulmayıb. Həmçinin, tədqiqatlar göstərir ki, təbiət və ictimai elmlər üzrə məktəb dərsliklərində gender stereotipləri hələ də mövcuddur”.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr