AZ

Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində təhlükə yaradan gənc qız lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, rolik sürən qız digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. Qulaqlıqla mahnı dinləyən gənc qız yol boyu riskli hərəkətlər edib və arxadan gələn avtomobilin hərəkətini məhdudlaşdırıb. Daha sonra o, sola manevr edərək digər hərəkət zolağına keçib.

Videodan aydın görünür ki, sözügedən ərazidə velosiped zolağı mövcuddur. Qanunvericiliyə əsasən rolik və digər kiçik nəqliyyat vasitələrinin sürücüləri velosiped zolağından istifadə etməlidirlər. Onların avtomobillər üçün nəzərdə tutulmuş zolaqda hərəkət etmələri qadağandır və inzibati məsuliyyətlə nəticələnə bilər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
122
avtosfer.az

1Mənbələr