AZ

Qazaxda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə geniş tədbir keçiriləcək

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 5-də saat 14:00-da İdman həftəsi çərçivəsində baş tutacaq tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, mərasimdə tanınmış müğənnilər Mərdan Kazımov və Murad Arif çıxış edəcəklər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
3
icma.az

5Mənbələr