"İrana hücumlar nüvə obyektlərinə yönəlməyib".
Redaktor.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi “La Repubblica” qəzetinə verdiyi müsahibəsində bildirib.
Qrossi hazırda radioaktiv materialların sızmasının qeydə alınmadığını təsdiqləyib: “Ümumiyyətlə, hücumun nüvə obyektlərinə yönəlmədiyini təsdiqləyə bilərəm”.
O əlavə edib ki, zənginləşdirilmiş uran İran tərəfindən saxlanıla bilər və “nə iyun ayında, nə də son bir neçə saat ərzində hücumlarda məhv edildiyinə dair heç bir dəlilimiz yoxdur. O, saxlanıldığı yeraltı tunellərdə qalır.”
Qrossi həmçinin bildirib ki, son aylarda müfəttişlər MAQATE-nin İranın nüvə infrastrukturu ilə birbaşa təmasında olmayıb.
Rəhbər qeyd edib ki, problemin həllində danışıqlar əsas amil olaraq qalır, lakin müharibə dövründə bu mümkün deyil. O vurğulayıb ki, MAQATE İran hakimiyyəti ilə birbaşa əlaqə saxlamır və bütün əlaqələr yalnız Tehranın Vyanadakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilir.
Aminə ŞAHSUVARQIZI