AZ

5-ci mərtəbədən yıxılan qız ağır xəsarət aldı

Bu gün Mingəçevirdə bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhər sakini 19 yaşlı Nailə Əkbərova yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Ağır xəsarət alan qız Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sözügedən tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan qıza ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanaxma diaqnozu qoyulub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
108
cebheinfo.az

1Mənbələr