"Bayern" "Qalatasaray"ın ulduzu Viktor Osimhenlə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Münhen təmsilçisinin əsas hücumçusu Harry Keynin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi yeni sözləşmə ilə bağlı danışıqların uğurla başa çatacağına tam əmin deyil və bu səbəbdən mümkün əvəzləyici variantları indidən nəzərdən keçirir.
Osimhenin namizədliyi Almaniya nəhəngi üçün prioritet sayılır və onun transferi baş məşqçi Vinsent Kompani tərəfindən də bəyənilib.