AZ

Qismət Alıyev “Zirə”də 200-ə çatdı – ARENA.AZ

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçı “Zirə”nin kapitanı Qismət Alıyev üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib. 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Qismət Alıyev 2020/2021-ci illər mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb, çempionatda 13, avrokubokda 2 qola sevinib.

Qeyd edək ki, Alıyevin “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. O, 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
8
arena.az

10Mənbələr