ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Yasamal rayonu ərazisində dayanma-durma qaydalarını pozan sürücü lentə alınıb.
Bu barədə izləyici Avtosfer.az-ın “WhatsApp” ünvanına fotoşəkillər göndərərək ətraflı məlumat verib. Hadisə martın 4-də saat 13:00 radələrində Azad Mirzəyev küçəsində baş verib. Fotodan aydın görünür ki, 99-GS-458 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini ikinci cərgədə saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Şikayətçinin sözlərinə görə, ərazidən çıxmaq istəyən sürücülər etiraz etdikdə qayda pozan şəxs “banka gedirəm, iki dəqiqəyə qayıdacam” deyərək avtomobili yerində qoyub və ərazidən uzaqlaşıb.
Qeyd edək ki, avtomobili ikinci cərgədə sazlamaq nəqliyyatın hərəkət intensivliyini azaldır, süni sıxlıq yaradır və digər sürücülər üçün əlavə çətinlik formalaşdırır. Mövcud qaydalara əsasən, bu cür hallara görə inzibati məsuliyyət nəzərdə tutulur.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.