AZ

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən "Unikal"a verilən xəbərə görə, iclasda Prezident İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edib. Bildirilib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda hakimlərin seçimi prosesi şəffaflaşdırılıb və sadələşdirilib.

Diqqətə çatdırılıb ki, hakim yalnız hüquqi mübahisəni həll etmir, həm də insan taleyini müəyyən edir. Bu baxımdan hər bir işə həssaslıqla, diqqətlə və məsuliyyətlə yanaşmaq, ədalətin vaxtında və qərəzsiz təmin olunmasına xidmət etmək hakimlərin başlıca vəzifəsi olmalıdır. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Yeni təyin olunmuş hakimlər Aybəniz Rəhimova və Əli Camalov çıxış edərək, onlara göstərilən etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

Seçilən
44
50
unikal.az

10Mənbələr