Niderland Müdafiə Nazirliyi gələcək “Orca” sinifli sualtı qayıqları üçün Fransanın F21 ağır çəkili torpedasını seçib.
Herbiand.az bildirir ki, ilkin plan hazırda Niderland donanması tərəfindən “Walrus” sinifli dizel-elektrik sualtı qayıqlarında istifadə edilən Amerikanın 533 mm Mk48 torpedasının inteqrasiyasını nəzərdə tuturdu.
Rəsmilərin sözlərinə görə, Mk48-in dəyişdirilməsi əhəmiyyətli vaxt və maddi xərclər tələb etmədiyinə görə, ilkin plandan imtina olunub.
Aparıcı “Orca” sinifli sualtı qayığın təhvil verilməsi 2033-cü ilə planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ