AZ

ABŞ Senatı toplanır - Trampı dayandırmaq üçün səsvermə keçiriləcək

Bu gün ABŞ Senatının (Konqresin Yuxarı Palatası) toplantısı keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bildirilib ki, Senat Birləşmiş Ştatalar Prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlara göstəriş verməsinin qarşısını almağa yönəlmiş təşəbbüslə bağlı ilkin səsvermə keçirəcək.

Qəzetin yazdığına görə, sənəd D.Tramp administrasiyasının Konqresin təsdiqi olmadan İrana qarşı yeni hücum əmrləri verməsini məhdudlaşdırmağı hədəfləyir.

Təşəbbüsün məqsədi Ağ evin hərbi səlahiyyətlərini nəzarətə götürmək və mümkün genişmiqyaslı qarşıdurmanın qarşısını almaqdır.

İlkin səsvermənin nəticəsi sənədin Senatda növbəti mərhələyə keçib-keçməyəcəyini müəyyən edəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr