AZ

Dövlət Komitəsinin gender bərabərliyi sahəsində səlahiyyətlərinin artırılması təklif olunur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə nəzarət səlahiyyəti artırılmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna əsasən, gender bərabərliyinin təmin edilməsinə nəzarət həyata keçirilməlidir:

"Lakin burada nəzarət mexanizmi yoxdur. Bununla bağlı Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasını təklif edirik. Və, əlbəttə ki, icra mexanizmi ilə əlaqədar olaraq, bəzi maddələrin əlavə olunmasına ehtiyac var".

Seçilən
24
far.az

1Mənbələr