Kənan Mərasim evində Müvəkkil Hüquq Mərkəzi və Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədovun ailəsinin təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 38 ildönmü və Əhməd Əhmədovun şərəfinə ictimaiyyət nümayəndələrinə iftar verlimişdir.
QHT.az xəbər verir ki, tədbirdə Bütöv Azərbaycan qəzetinin baş redaktoru, tanınmış jurnalist Tamxil Ziyəddinoğlu çıxış edərək bildirdi ki, Əhməd Əhmədovun ədalətsiz mühakiməsi bir insanın faciəsi deyil bütöv bir etnik təmizləmənin tərkib hissəsdiri. Hətta insanlığın ən böyük faciələrindən olan Xocalı soyqırımı belə bu hadisələrlə bir başa bağlıdır. Çünki Xocalı soyqırımı zamanı ermənilər Sumqayıtın qisasını aldıqlarını iddia edirdilər. Bu mənada mən hüquqşünas dostum Səməd Vəkilova Əhməd Əhmədovun hüququnun bərpası yolunda göstərdiyi səyləri alqışlayıram.
T.Ziyəddinoğlu sonra Xocalı soyqırımında saxtalaşdırılməış faktlara münasibət bildirərək dediyib: “Biləsiniz ki, Xocalıda azı 3813 nəfər qətlə yetirilib, onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Əzizlərim, rəsmi məlumata görə işğala qədər Xocalı rayonunda 2944 ailə, 10.302 nəfər Azərbaycan Türkü yaşayıb. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi: “Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur…
Yuxarıda qeyd olunanlardan da görünür ki, qırılmış əhalimizin sayı qəsdən az göstərilib. Erməni-rus birliklərinin Bakıdakı əlaltıları da saxtalaşdırılmış 613 rəqəmini rəsmiləşdirib. Bu günə qədər də o saxta informasiya çarxı fırlanır.