AZ

Rusiya ordusunda xidmət etmiş azərbaycanlılar ekstradisiya olunmaycaq

Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və ya "Xüsusi Hərbi Əməliyyatlar"da iştirak etmiş əcnəbilərin xarici dövlətə ekstradisiyasından imtina qanununu təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, qanun müqavilə əsasında xidmət etmiş və xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxsə də şamil olunur.

Yeni sənədə əsasən, Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 464-cü maddəsinə dəyişikliklər edilib.

Xatırladaq ki, istər Ukrayna, istərsə də Rusiya ordusunda xidmət edən çoxlu azərbaycanlı var. 


Telegram kanalımız
Seçilən
104
yenisabah.az

1Mənbələr