AZ

“Azəriqaz”dan çilingərlərə TƏHDİD: “Bayram tətilində işə çıxmayanlar…”

“Azəriqaz” İstehsalat Birliyi işçilərin hüquqlarını pozmaqda davam edir.

Tribuna.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O qeyd edib ki, “Azəriqaz” qeyri-iş günlərində də işçiləri işə cəlb edir:
“İşçilər yazır ki, heç bir hüquqi əsas olmadan sayğac əməliyyatları üzrə çilingərlər qeyri-iş günlərində işə cəlb olunur.

Mart ayında iş günlərinin sayı az olduğundan əməkhaqqı məbləği də aşağı düşür və orta hesabla çilingərlərin maaşı 450–500 manat civarında olacaq. Buna baxmayaraq, artıq indidən mart ayının 23-dən 31-dək bütün əməkdaşların işə çıxması tələb olunur və işə gəlməyənlərin işdən azad ediləcəyi bildirilir.
Əmək qanunvericiliyinə uyğun olmayan bu cür göstərişlərin verilməsinin səbəbi aydın deyil və məsələyə hüquqi baxımdan aydınlıq gətirilməsi zəruridir.
Cənab sahə üzrə məsul şəxslər, saat hesabı işləyən çilingərləri Əmək Məcəlləsinin hansı maddəsini əsas tutub bayram və istirahət günləri işə çağırırsan, gəlməyəni hansı maddəyə əsasən tutub işdən çıxarsan?”.
Məsələ ilə bağlı “Azəriqaz” İB-lə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Seçilən
126
yenilik.az

1Mənbələr