AZ

Özünü bank əməkdaşı kimi təqdim edərək 13 min manat talayan şəxs saxlanılıb

Bakı.Trend:

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bankkartındakı maddi vəsaitin talandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlumnömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kartməlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 minmanatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyevmüəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
113
19
az.trend.az

10Mənbələr