AZ

İrəvanda qarğıdalı və "peraşki" davası, Tbilisidə aksiya

Rusiyanın "Moskovskiy komsomolets" qəzeti İran müharibəsində Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Gürcüstan və Ermənistanın tutduğu mövqeyə dair məqalə yayımlayıb.

Publika.az xəbər verir ki, məqalədə Azərbaycanın humanitar səyləri xüsusilə vurğulanır.

Qəzet yazır ki, İran müharibəsində qeyd olunan ölkələr müəyyən çətinliklərlə üzləşib: "Cənubi Qafqaz respublikaları tamamilə fərqli davranış modeli nümayiş etdirdilər. Azərbaycan, Ermənistan və Gürcüstan liderləri gözləmə mövqeyi tutdu, lakin böhranın nəticələrinin aradan qaldırılmasında regional xilaskar və himayədar rolunu Bakı oynadı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan təkcə öz vətəndaşlarının deyil, həm də yüzdən çox Rusiya vətəndaşının, eləcə də İranda xarici diplomatik nümayəndəliklərinin əməkdaşlarının təxliyəsinə kömək etdi. Azərbaycandan sərhədi keçən qaçqınların sayı artıq 600 nəfərdən çoxdur".

Məqalədə Ermənistan hakimiyyətinin davranışları tənqid olunur.

"Ermənistan hökuməti şənbə günü Təhlükəsizlik Şurasını yenidən çağırdı, lakin heç bir qərar, yaxud geniş bəyanat verilmədi. Bu, İranla strateji əməkdaşlıqla bağlı son bəyanatlar fonunda baş verir. İranın Ermənistandakı səfiri sərhəddə qaçqınların cəmləşmədiyini deməklə ictimaiyyəti sakitləşdirməyə çalışsa da, ölkə daxilində hökumətin hərəkətləri narazılıq doğurub. Qonşu İranda müharibənin başlandığı gün baş nazir Nikol Paşinyanın keçirdiyi seçki kampaniyası tənqid fırtınasına səbəb oldu. Jurnalistlərin regionda qarışıq bir dövrdə baş nazirin "peraşki" və qarğıdalı yeməsi" haqda tənqidi sualına tuş gələn ədliyyə naziri Srbuhi Qalyan "Əgər qarğıdalı və "peraşki" sevmirsinizsə, bu sizin probleminizdir" cavabı ilə qaçmağa çalışdı" - məqalədə qeyd olunur.

Seçilən
59
1
publika.az

2Mənbələr