Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı çərçivəsində görülmüş işlərin davamı olaraq birdəfəlik istifadə üçün nəzərdə tutulan bir sıra plastiklərin dövriyyəsinin məhdudlaşdırılması, onların təkrar emala cəlb edilməsi və alternativ materialların istehsalının stimullaşdırılması məqsədilə hazırlanmış normativ hüquqi akt layihələri barədə ictimaiyyətin məlumatlandırılması üçün ictimai müzakirə keçiriləcək.
18 mart 2026-cı il tarixində, saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcək tədbirdə dövlət qurumları, QHT və KİV nümayəndələri, ekoloqlar və digər maraqlı tərəflər iştirak edəcək.
Əlaqələndirici şəxs: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev