AZ

Paşinyan Kobaxidzeni TRIPP və sülh prosesi barədə məlumatlandırdı

BAKI, 4 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə görüşdüyü gürcü həmkarı İrakli Kobaxidzeyə İrəvanın regional və beynəlxalq məsələlər üzrə gündəliyini ətraflı şəkildə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Gürcüstan Baş naziri ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Tərəfdaşlarımıza TRIPP layihəsi, Ermənistan-Azərbaycan sülh prosesi və Ermənistan-Türkiyə münasibətləri ətrafında baş verənlər haqda məlumat verdim. Ermənistan-Rusiya münasibətləri haqqında da bəzi məlumatlarə çatdırdım”, - Paşinyan qeyd edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr