AZ

Bakı-Quba yolunda ağır qəza -

Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən qəza baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, hadisə bu gün saat 12:10-da Bakı-Quba yolunun 43.5-ci kilometrliyində qeydə alınıb:

"Yolun kənarında dayanmış İran vətəndaşı Miray Mənsur oğlu Muxtarizərəyə məxsus HOWO markalı, 90-AG-211 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan gələn Babək Şükür oğlu Abbasovun idarə etdiyi 07-SK-687 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili çırpılıb. Hadisə nəticəsində Babək Abbasov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır".

Seçilən
65
3
metbuat.az

4Mənbələr