AZ

Rəqsanə həbs həyatından danışdı

Tanınmış müğənni Rəqsanə İsmayılova həbs yəyatından danışıb.

Ne
ws365.az xəbər verir ki, müğənni həbs həyatının çətinliklərindən danışıb. O, heç kimə həbsə düşməyi arzulamadığını bildirib:

“Mən orda övladlarım üçün çox darıxırdım. Allah heç kimə göstərməsin çox pis şeydir. 
Mən cəmi 3 ay orada qaldım. Qadınlar var ki, illərdir həbsdə balalarına həsrətdilər. Orda adamlar var ki, heç yanlarına gəlib-gedən yoxdur. Bu dəhşətdir. Elə adamlar da var idi ki, artıq bir neçə dəfə həbs olunmuşdular. Başa düşə bilmirdim axı oranı görən adam necə yenidən ora qayıda bilir? Həyatdır da. Bəzi şeyləri danışmaq olmur. İnsanı ən çox sıxan ailəsinə həsrət qalmasıdır.  İnşallah hər şey bitər mən də rahat nəfəs alaram”.

Qeyd edək ki, Müğənni 520 min dollarlıq dələduzluqda ittiham olunaraq həbs edilib. Daha sonra Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Seçilən
7
news365.az

1Mənbələr