İngiltərə Premyer Liqasının (İPL) 29-cu turunda "Vulverhempton"a qonaq qismində 1:2 hesabı ilə uduzan "Liverpul"un kapitanı Vircil van Deyk komandasının perspektivini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi klubun rəsmi saytına danışıb:
"Mövsüm mürəkkəb alınır. Öncədən bəlli idi ki, çox sayda səbəbdən bizi eniş və yüksəlişlər gözləyir. Liqa çox güclüdür. Hər üç-dördgündənbir bütün gücünü meydanda qoymağa hazır olmalısan ki, bu da çox böyük döyüş çağırışıdır.
Bütün oyunçuların idman formasının zirvəsində olması bizim üçün çox önəmlidir. Deməli, geniş heyətə ehtiyacımız var. Nəticə lazımdır. "Vulverhempton"la oyunu çıxsaq, son iki həftədə pis təsir bağışlamadıq. Öz üzərimizdə işləməliyik".
Qeyd edək ki, "Liverpul" İPL-in turnir cədvəlində 48 xalla 5-ci pillədə mövqe tutubsa, 16 xala malik "Vulverhempton" 20-ci - sonuncu yerdə qərarlaşıb.
Toğrul