“Rusiya Azərbaycan, Ermənistan və Türkmənistana İrandan vətəndaşlarını təhlükəsiz şəkildə çıxarmaqda göstərdikləri dəstəyə görə təşəkkürünü bildirir”.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
Zaxarova bildirib ki, Rusiya vətəndaşlarına hələ də İrana səfər etməmək tövsiyə olunur.