AZ

İranda yeni lider seçimi: Ayətullah Xatəmidən kritik "ilk fürsət" açıqlaması

İranın dini rəhbəri Ayətullah Əli Xameneyinin vəfatından sonra ölkədə yaranmış lider boşluğunu doldurmaq üçün Ruhani Ekspertlər Məclisi hərəkətə keçib.

Musavat.com xəbər verir ki, Məclis Xəbərdarları (Ruhani Ekspertlər Məclisi) üzvü Ayətullah Əhməd Xatəmi yeni rəhbərin təyinatı ilə bağlı mühüm bəyanat verib.

Ayətullah Xatəmi bildirib ki, yeni ali liderin seçilməsi prosesi sürətlə davam edir və artıq qərarın yekunlaşma mərhələsinə yaxınlaşıblar. Onun sözlərinə görə, ölkənin gələcək taleyini müəyyən edəcək bu mühüm təyinat "inşallah, ilk fürsətdə" reallaşacaq.

Hazırda Ekspertlər Məclisinin gizli iclaslar keçirdiyi və namizədlər üzərində ciddi müzakirələr apardığı bildirilir. Beynəlxalq müşahidəçilər və regional ekspertlər bu seçimin İranda həm daxili sabitlik, həm də xarici siyasət kursu üçün həlledici olacağını vurğulayırlar.

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr