AZ

Yunanıstan Kiprin müdafiəsini gücləndirir

Yunanıstan Kiprdə öz qırıcılarını yerləşdirib.

“Yeni Sabah” Kathimerini-yəö istinadla xəbər verir ki, bu addım ABŞ-İsrail-İran gərginliyi ilə bağlıdır.

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus 4 "F-16 Viper" qırıcı təyyarəsi Kiprin Pafos şəhərində yerləşən "Andreas Papandreu" aviabazasında yerləşdirilib.

Bu addım regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Kipr üzərində hava hücumundan müdafiə qalxanının yaradılması məqsədi daşıyır. Rəsmi Afina və Nikosiya bu hərbi yerləşdirmənin tamamilə müdafiə xarakterli olduğunu və artan PUA təhdidlərinə qarşı önləyici tədbir hesab edildiyini vurğulayıb.

Yunanıstana məxsus "Kimon" və "Psara" freqatları da Kipr sahillərinə yaxınlaşıb. Bu hərbi aktivlik Yunanıstan və Kipr arasında illərdir mövcud olan Vahid Müdafiə Doktrinasının yenidən aktivləşməsi kimi qiymətləndirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
12
1
yenisabah.az

2Mənbələr