AZ

Azərbaycanın ən populyar sosial şəbəkələri açıqlanıb

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda istifadəçilərin"Instagram"sosial şəbəkəsində aktivliyi əvvəlki ayla müqayisədə 4,26 faizbəndi azalaraq 16,85 faiz təşkil edib.

Trend bu barədə"Global Stats" Statistik Mərkəzinin məlumatlarına istinadən xəbərverir.

Bu göstərici üzrə ikinci yeri "Facebook" tutur. Hesabat ayındaplatformanın payı aylıq ifadədə 10,92 faiz bəndi artaraq 39,8 faizəçatıb.

Siyahıda üçüncü yeri 21,93 faiz göstərici ilə "YouTube" tutur(əvvəlki ayla müqayisədə 0,69 faiz bəndi azalma).

Bu göstəriciyə görə dördüncü yerdə "Pinterest" sosial şəbəkəsiqərarlaşıb. Onun yerli bazardakı payı ötən ayla müqayisədə 2,16faiz bəndi azalaraq 8,83 faiz təşkil edib.

Media platforması "LinkedIn" 5,79 faiz göstərici iləAzərbaycanın sosial şəbəkələr bazarında populyarlıq üzrə beşinciyeri tutub (ay ərzində 1,94 faiz bəndi azalma).

Reytinqdə altıncı yeri isə 5,38 faiz göstərici ilə "X"platforması tutub (əvvəlki ayla müqayisədə 1,58 faiz bəndiazalma).

Seçilən
96
3
az.trend.az

4Mənbələr