AZ

Belə evləri almayın XƏBƏRDARLIQ

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illər daşınmaz əmlak bazarında makler evlərinə maraq artıb. Daha ucuz qiymət və qısa tikinti müddəti alıcıları cəlb edir. Lakin bu cür evlərin keyfiyyəti və hüquqi vəziyyəti ilə bağlı suallar da az deyil. Standartlara uyğun tikilib-tikilməməsi, istifadə olunan materialların keyfiyyəti və sənədləşmə məsələsi əsas risk faktorları sayılır. Bəs makler evləri həqiqətən etibarlıdırmı və onların real istismar müddəti nə qədərdir?Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Demokrat.az-a bildirib ki, qanunsuz tikililərin inşa edilməsi də, alınması da qanun pozuntusudur:"İlk növbədə belə evi tikən şəxs qanunu pozur, onu alan da eyni məsuliyyəti daşıyır. Bu cür alqı-satqı bazarda əlavə problemlər yaradır və mövcud vəziyyəti daha da çətinləşdirir. Nəticədə həm vətəndaş, həm də dövlət zərər görür.Keyfiyyət məsələsinə gəldikdə isə, bu cür tikililərdə çox şey evi inşa edən şəxsin vicdanından və peşəkarlığından asılı olur. Layihə əsasında inşa olunan evlər normativ tələblərə uyğun tikilir, sənədləri qaydalara əsasən hazırlanır və müəyyən dərəcədə dövlət nəzarətindən keçir. Doğrudur, belə hallarda da risk tam sıfır deyil. Məsələn, istifadə olunan betonun keyfiyyəti aşağı ola bilər və ya armatur normadan az tətbiq oluna bilər. Lakin buna baxmayaraq, layihəli tikililərdə risk səviyyəsi nisbətən aşağıdır".Ekspert deyib ki, qanunsuz evlər isə çox vaxt heç bir normativə uyğun olmadan, kifayət qədər bilik və təcrübəsi olmayan şəxslər tərəfindən inşa edilir. "Bu isə konkret və ciddi risk deməkdir. Burada həm keyfiyyət, həm təhlükəsizlik, həm də hüquqi problemlər mövcuddur. Belə evlərin nə qədər müddət istismar olunacağını əvvəlcədən demək mümkün deyil. Hətta onu tikən şəxs belə bu barədə dəqiq təminat verə bilməz.Digər mühüm məsələ torpaq amilidir. Bəzi torpaq sahələrinin altında qrunt suları yüksək səviyyədə olur. Hər torpaq kateqoriyasının özünəməxsus tikinti qaydaları və texniki tələbləri var və onlara mütləq əməl olunmalıdır. Əgər bu qaydalar nəzərə alınmırsa, ev daha tez aşınır, konstruktiv problemlər yaranır və istismar müddəti qısalır".Həmçinin oxu:

13-cü dəfə burun əməliyyatı oldu

Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu

'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTOƏfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
123
demokrat.az

1Mənbələr