AZ

İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-35I” (“Adir”) qırıcı təyyarəsi Tehran səmasında İran Hərbi Hava Qüvvələrinə məxsus “Yak-130” qırıcı təyyarəsini vurub.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

“Tarixdə ilk dəfədir ki, pilotlu qırıcı təyyarə “F-35″ tərəfindən məhv edilib”, – deyə SAXAL-dan bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Seçilən
23
editor.az

1Mənbələr