AZ

Demoqrafiq risklə bağlı VACİB AÇIQLAMA: Gənclərin evlilikdən qaçmasının SƏBƏBİ BİLİNDİ

Gənclərimiz niyə evlilikdən qaçır?

Son illər həm qadınlar, həm də kişilər arasında evliliyə marağın azalması müşahidə olunur. Rəsmi statistikalarda nikahların sayında azalma, boşanmaların artımı görünür. Bəs bu, sadəcə həyat tərzi seçimidir, yoxsa gələcək demoqrafik risk siqnalıdır? Dövlət səviyyəsində hər hansı təşviq və ya sosial proqram nəzərdə tutulurmu? Parlamentdə müzakirə olunubmu? Bu məsələ ilə bağlı hansı təklifləriniz olardı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq deputat Etibar Əliyev bildirib ki, bu, parlamentdə səsləndirilən statistika doğrudan da düşündürücüdür.

Etibar

Etibar Əliyevin sözlərinə görə, 100 evlilikdən 56 boşanmanın olması həqiqətən də kritik bir rəqəmlərdir. Düşünürəm ki, bunun demoqrafik vəziyyətə təsiri olacaq.

“Ümumiyyətlə, biz görürük ki, Bakı şəhərində çox böyük tikinti bumu var. Ancaq ipoteka kreditləri çox yüksək faizlə olduğuna görə, gənclər bu fürsətdən istifadə edə bilmirlər, – deyən deputat sovetlər dönəmindən misal çəkib.

“Sovet dövründə biz universiteti bitirəndə gənc mütəxəssis kimi ev növbəsinə dayanırdıq və 3-5 ilə dövlət gənc mütəxəsisləri mənzillə təmin edirdi”.

“Digər tərəfdən urbanizasiyanın bura çox güclü təsiri var. Kəndlərin sürətlə boşalması və cavanların şəhərə axınının bu vəziyyətə çox ciddi təsiri var. Yəni, şəhər mühitində gənclər ailə qurmaqda çətinlik çəkirlər. Həmin o statistika da onu göstərir ki, ailə qurduqdan sonra xeyli sayda boşanmalar olur. Və bu urbanizasiyanın təsiri çox kəskin şəkildə hiss olunur, – deyə deputat vurğulayıb.

Kirayə evlərin baha olmasına toxunan Etibar Əliyev qeyd edib:

“Kirayə evlər həddindən artıq bahadır. Əməkhaqqı aşağı olduğuna görə, yeni qurulan ailələr həmin o yükün altında tab gətirə bilmirlər. Bunun bir təsiri də gənclərin, xüsusilə də kişi cinsindən olanların elmə meyl göstərməməsinə gətirib çıxarır. Çünki əməkhaqqı həddindən artıq aşağı olduğu üçün elmi işçilərin hal-hazırda maaşı 450-600 manat arasıdır. Bu maaşla kirayə qalmaq da mümkün deyil, ipotekaya ev götürmək də qeyri-mümkündür”.

“Mən düşünürəm ki, dövlət yaxın zamanda gənclərin mənzillə təmin olunması ilə bağlı dövlət proqramı qəbul edəcək. Biz, vaxtilə parlamentdə bu məsələləri qaldırırıq”,- deputat sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
137
1
konkret.az

2Mənbələr