AZ

Alkaras 26-cı titulu qazandı

Qətərin paytaxtı Dohada keçirilən, 2 milyon 833 min dollar mükafat fonduna malik ATP 500 səviyyəli “Qatar ExxonMobil Open” turnirinə şənbə günü yekun vuruldu. Həlledici oyunla bağlı danışmamış xatırladaq ki, yarımfinalda ispaniyalı Karlos Alkaras rusiyalı Andrey Rublevi, fransalı Artur Fis isə çexiyalı Yakub Menşiki məğlub etdi.

"Football-plus.az" xəbər verir ki, dünyanın 1 nömrəli raketkası Alkaras ATP səviyyəsində 34-cü dəfə finala çıxmaqla bu göstəricidə sabiq məşqçisi Xuan Karlos Ferreroya çatdı. 22 yaşlı ispaniyalı bu göstəricidə həmvətənlərnidən yalnız Serxi Bruqera (35), Karlos Moyya (44), David Ferrer (52), Manuel Orantes (72) və Rafael Nadaldan (131) geri qalır.

22 yaşlı ispaniyalı finalda Fis önündə də heç bir çətinlik çəkmədi - 6:2, 6:1. Alkaras karyerasında 26-cı, 2026 mövsümündə isə 2-ci titulu qazandı. O, buna qədər “Australian Open”in də qalibi olmuşdu.

Seçilən
110
1
football-plus.az

2Mənbələr