“Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi hazırlanır.
APA xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə təşkil etdiyi görüş zamanı deyib.
Hazırda qüvvədə olan qanun əsasında fəaliyyət göstərdiklərini söyləyən Ülvi Quliyev yeni qanun layihəsinin Gənclər və İdman Nazirliyi və Milli Məclisinin müvafiq şöbəsi tərəfindən hazırlandığını nəzərə çatdırıb: “İdmanın kütləviliyinin təmin olunması bu qanunda öz əksini tapmalıdır. Qadın idmanının inkişafı vacibdir. İnkluziv proqramların olması və bu məsələnin də qanunda əksini tapması lazımdır. İdmanın bazası təhsildən, kütləvilikdən, gəlir. Bunlar da qanunda öz əksini tapmalıdır”.