İran ABŞ-la danışıqlar aparmayacaq.
Aznews.az xəbər verir ki, bu barədə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində deyib.
ABŞ-la dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Moxberin sözlərinə görə, amerikalılara etimadları yoxdur.
O, 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək, müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib.