AZ

Qumral: “Biz efirlərin yaraşığıyıq”

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar  sosial şəbəkələrdə  və xəbər saytlarında efir qadağası qoyulan müğənnilərin adlarından ibarət siyahılar açıqlanır. Bu siyahıda Musa Musayev, Təranə Qumral və Qumral Musayevanın da adı var. 

Məsələ ilə bağlı Adalet.az-a danışan Qumral Musayeva  bu  haqda ona və ailəsinə rəsmi xəbərdarlıq olunmadığını söyləyib:

“Mən artıq bu mövzu ilə bağlı danışmaqdan bezmişəm.  Hara gedirəm bununla bağlı suallar verirlər.  Rəsmi olaraq bizə bir məlumat verilməyib. Yalnız sosial şəbəkələrdə və xəbər saytlarında müəyyən bir siyahı görürük.  Rəsmi heç bir xəbərdarlıq olunmadığı üçün bunun səhv və ya doğru xəbər olduğunu bilmirəm. 

Bu işin üzərinə düşmürəm, hər şeyi zamana buraxıram.  Bu siyahıda təkcə mənim və ailəmin adı yoxdur. Orda onlarla sənətçilərin adını oxuyuruq. 

Nə baş verdiyini başa düşmürəm.  Hələ ki, gözləyirik. Görək bizə rəsmi olaraq nə deyiləcək. 

Əgər bu qərar rəsmiləşsə, düşünmürəm ki, efirə çıxmamaq mənim  sənətimə təsir etsin. Çünki mən təkcə toy müğənnisi deyiləm, həm də sosial şəbəkədə müəyyən bir izləyici kütləm var. Gün ərzində məkanlarda  keçirilən şou-proqramlarda çıxışlarım olur.

Davamlı  toya gedən müğənnilər bəlkə də bu qərardan narahatlıq keçirə bilərlər. 

Məlum məsələdir ki,  efirin də öz gözəlliyi var. Olsa, əlbəttə, gözəl olar. Düşünürəm ki, mənsiz efir çox darıxdırıcı olar.  Biz efirlərin yaraşığıyıq. 

Bəlkə də bu qadağalar müvəqqəti olacaq. Müəyyən müddətdən sonra  aradan qaldırılacaq.  Yenə əvvəlki vəziyyətimizə qayıdacağıq”.

Əntiqə Kərimzadə

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
adalet.az

2Mənbələr