AZ

ABŞ Pakistandakı konsulluqlarını bağlayır

ABŞ hökuməti Yaxın Şərqdə olan gərginlik səbəbindən Lahor və Karaçidəki konsulluqlarda çalışan bəzi işçilərə Pakistanı tərk etməyi tapşırıb.

Aktual.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, göstəriş fövqəladə hallarla məşğul olmayan əməkdaşlara, eləcə də diplomatların ailə üzvlərinə şamil olunub.

Bəyanatda qeyd olunub ki, ABŞ-la İran arasında hərbi qarşıdurma səbəbindən regionda raket zərbələri, PUA hücumları təhlükəsi və mülki hava nəqliyyatında yaranmış fasilələr davam edir.

Seçilən
50
1
ulusum.az

2Mənbələr