AZ

Görünməmiş DƏLƏDUZLUQ: Gənclər öz qaçırılma videolarını çəkib ailələrinə GÖNDƏRDİLƏR – FOTO

Rusiyada yeniyetmələr fırıldaqçıların tapşırığı ilə öz qaçırılmalarını səhnələşdiriblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Leninqrad vilayətinin Yanino qəsəbəsində yaşayan 16 yaşlı Vladislav Volkov evdən çıxaraq itkin düşüb. Bir müddət sonra onun sosial şəbəkə hesabında fırıldaqçılarla intensiv yazışmalar apardığı məlum olub.

Yeniyetmənin yoxa çıxmasından dərhal sonra cinayətkarlar onun anasına zəng edərək hədə-qorxu gəlməyə başlayıblar.

Axtarışlar zamanı bəlli olub ki, Vladislavdan əvvəl 17 yaşlı bir qız da eyni sxemlə aldadılaraq evdən qaçmağa məcbur edilib.

Yeniyetmələr fırıldaqçıların göstərişi ilə başqa bir regiona yollanıblar və orada görüşüblər. Özünü “hüquq-mühafizə orqanlarının kuratoru” kimi təqdim edən şəxslərin təsiri altına düşən gənclər öz qaçırılmalarını səhnələşdiriblər.

Onlar valideynlərinə guya işgəncə altında olduqlarını əks etdirən videolar göndərərək azad olunmaları müqabilində fidyə tələb ediblər.

Hər iki yeniyetmə Tula şəhərində sağ-salamat tapılıb. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
103
interpress.az

1Mənbələr