AZ

Özbəkistan xarici işlər naziri Abbas Əraqçi ilə danışdı

BAKI, 4 mart. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, söhbət zamanı regiondakı vəziyyət və son hadisələr müzakirə olunub.

Qeyd edilib ki, istənilən eskalasiya ciddi humanitar və təhlükəsizlik nəticələrinə səbəb ola bilər.

Bu baxımdan, Özbəkistan tərəfi bütün fikir ayrılıqlar və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Söhbət zamanı bütün problemlərin yalnız dialoq və diplomatiya yolu ilə həll edilməli olduğuna dair qəti və ardıcıl mövqe bir daha təsdiqlənib.

Tərəflər regionda sülh və sabitliyin təmin edilməsinin beynəlxalq ictimaiyyət üçün prioritet olaraq qaldığını bildiriblər.

Seçilən
0
teleqraf.com

1Mənbələr