İranda təyin olunmuş istənilən lider "qeyd-şərtsiz sui-qəsd hədəfi" olacaq.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O bildirib ki, "İran terrorçu rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-ı, azad dünyanı və regiondakı ölkələri təhdid etmək və İran xalqına zülm etmək planını davam etdirmək üçün təyin olunmuş istənilən lider qəsdən sui-qəsd hədəfi olacaq. Onların adının və harada gizlənmələrinin fərqi yoxdur", - nazir bildirib.
Xatırladaq ki, İranın ali lideri Əli Xomenei fevralın 28-də Tehranda hava zərbəsi zamanı həlak olub.