Qeyd etdim ki, gender bərabərliyi sağlam və ədalətli cəmiyyətin əsas dayaqlarındandır. Ailə isə milli-mənəvi dəyərlərimizin qorunduğu, gələcək nəsillərin formalaşdığı ən mühüm sosial institutdur. Qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Eyni zamanda, ölkəmizdə multikulturalizm ənənələrinin tarixən formalaşdığını və bu dəyərlərin bu gün də uğurla davam etdirildiyini vurğuladım. Fərqli mədəniyyətlərə və inanclara hörmət Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindəndir və bu model beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Tələbələrin sualları və fəal müzakirələri göstərdi ki, gənclərimiz cəmiyyətin inkişafı prosesində aktiv iştirak etmək əzmindədirlər. Onların düşüncələri və təşəbbüskarlığı ölkəmizin gələcəyi üçün böyük ümid verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31